Yuxarı

Polkovnik yenidən Müdafiə Nazirliyinə qaytarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yerləşən hərbi hissələr şəhərdən kənar ərazilərə köçürüləcək.

"Axar.az" xəbər verir ki, bu haqda məlumat "Musavat.com"a Müdafiə Nazirliyinə yaxın qaynaqdan daxil olub. Digər bir məlumatda isə deyilir ki, Müdafiə naziri Zakir Həsənovun oktyabrın 25-də vəzifəsindən azad etdiyi polkovnik Mehman Qədiməliyev yenidən Müdafiə Nazirliyinin mühəndis-istehkam xidmətinin rəisi postuna qaytarılıb.

M.Qədiməliyev I ordu birləşməsinin (Bərdə korpusu) mühəndis-istehkam xidmətinin rəisi təyin olunmuşdu. Qaynaq bildirib ki, M.Qədiməliyevin vəzifədən çıxarılması və yenidən təyinatının səbəbi bəlli deyil. Belə məlumatlar var ki, polkovnik yeni nazirə Səfər Əbiyevin yaxın adamı kimi təqdim edilib. Bundan sonra onun vəzifədən çıxarılması əmri verilib. Sonradan isə polkovnikin S.Əbiyevin kadrı olmadığı müəyyənləşib və o öz işini bilən kadr kimi yenidən əvvəlki vəzifəsinə təyin edilib.

Tarix
2013.11.26 / 08:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla