Yuxarı

Bu gün Gülər Əhmədovaya hökm oxunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Gülər Əhmədovaya hökm  oxunacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovaya bu gün hökm oxunacaq. Qeyd edek ki, noyabrın 25-nə təyin edilən məhkəmə prosesi baş tutmamışdı. Gülər Əhmədovanın vəkili Əfsər Talıbov qohumu rəhmətə getdiyindən ve prosesdə iştirak edə bilmədiyindən, məhkəmə bu günə təxirə salınmışdı. Dünən həmçinin Gülər Əhmədovanın səhhətində də problem yarandı ve sabiq deputata məhkəmə zalında həkim yardımı göstərildi.

Beləliklə, G.Əhmədovanın məhkəmə prosesi bu gün, noyabrın 26-da saat 10.30-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Xatırladaq ki, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2013.11.26 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla