Axar.az
Yuxarı

Axar.Az Logo

Prezidentdən yeni tapşırıqlar: nələr hazırlanır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionların sosial-iqtisadi inkişafına dair proqramın dördüncü ilinə yekun vuran ölkə başçısı öz çıxışında bütövlükdə son 14 ildə icra olunmuş bu proqramlar çərçivəsində əldə edilmiş nəticələrə qiymət verdi.

Bunu Axar.az-a Prezident İlham Əliyevin yanvarın 29-da “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışını şərh edən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı qeyd edib ki, 14 il ərzində iqtisadiyyat 3,2, qeyri-neft sektoru 2,8, qeyri-neft ixracımız 4,1 dəfə artıb:

“Valyuta ehtiyatlarımızın həcmi 42 milyard dollara çatmışdır ki, bu da 2004-cü ildəkindən 23 dəfə çoxdur. Ötən 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub ki, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur. 2004-cü ildən başlayaraq icra olunan üç proqram çərçivəsində görülən işlərin miqyası da kifayət qədər böyükdür. Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası mövcud idisə, son 14 ildə ölkəmizdə yeni, müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib. Bu 2004-cü ilə qədər mövcud olan elektrik stansiyalarının generasiya gücünün 64 faiz artması deməkdir”.

Ekspert kənd təsərrüfatının inkişafında əldə edilən uğurlardan da söz açıb:

“Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilərək istifadəyə verilib. Bu hesaba ötən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilib. Bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması hədəflənir. Son 14 il ərzində ümumilikdə 12 min 300 kilometr yol çəkilib. Regionların sosial iqtisadi inkişafına dair üçüncü proqramın son ilində bu rəqəmin 15 min kilometrə çatdırılması nəzərdə tutulur. Bütün bu göstəricilər hər üç proqramın uğurla icra edilməsini bir daha sübut edir”.

F.Yusifov deyib ki, müşavirədə ölkə başçısı cari ildə növbəti beş il üçün regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramının işlənib hazırlanmasına dair tapşırıqlar verdi:

“Əvvəlki proqramlardan fərqi olaraq, yeni proqramda heç şübhəsiz yerlərdə daha çox istehsal müəssisələrinin qurulmasına üstünlük veriləcək. Çünki əvvəlki proqramlar çərçivəsində reallaşdırılmış infrastruktur layihələri hesabına regionlarda belə müəssisələrin qurulması üçün tam münbit bir şərait mövcuddur”.

Tarix
2018.02.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ayvazyandan Zəngəzur dəhlizi açıqlaması

Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

Lavrov İrəvana gəldi, Putindən Ərdoğana zəng: Nə baş verir?

Usubov Zəfər yolundan danışdı

Əsas məsələ ölkənin blokadadan çıxmasıdır - Paşinyan

MiQ-dən 3 erməninin azad edilməsi ilə bağlı - Bəyanat

Bakı ilə sərhəd məsələsini tez həll etmək istəyirik - Zalkaliani

Qarabağda döyüşən terrorçuların görüntüləri - Video

Bakı ilə Tiflis arasında daha 15 sənəd hazırlanır - Spiker

Bu yüklərin daşınmasına lisenziya tələb olunmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
[X]
1xBet