Yuxarı

Ermənilər böyük itkilərlə üz-üzə: Rusiyadan sonra...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan iqtisadi baxımdan getdikcə geriləyir və İrəvanın Rusiyadan tranzaksiyalara böyük ehtiyacı var.

Bu sözləri Axar.az-a ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaların Ermənistana təsiri məsələsini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistanı qarşıda ciddi iqtisadi itkilər gözləyir:

“ABŞ-ın siyahıya daxil etdiyi rus oliqarxların realda Rusiya hakimiyyəti ilə münasibətləri mövcuddur. Əslində, burada heç bir qəbahət yoxdur. İstənilən ölkədə böyük bizneslə siyasi dairələrin yolları həmişə kəsişir. Ən azı ona görə ki, dövlət qlobal layihələri həyata keçirmək üçün maliyyə imkanları çatışmayanda özəl sektora müraciət edir. Yəni Amerikanın özündə də böyük lobbiçilik təcrübəsi var və bu siyasi və işgüzar aləmi əhatə edir. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarında əsas məqsədi başqadır. Siyahıdakı biznesmenlərin milli mənsubiyyəti bir o qədər də önəm daşımır. Əsas məsələ Rusiya hakimiyyətinə əlavə maneələr və hakimiyyətə dəstək verən biznes strukturlarının fəaliyyətini əngəlləməkdir. Sanksiyaların İrəvana təsirinə gəlincə, bəli, erməni əsilli oliqarxlar Rusiyada inkişaf ediblər və imkanları olduqca genişdir. Onlar Rusiyada qazandıqları maliyyə vəsaitlərindən Ermənsitana da yatırırlar. ABŞ-ın sanksiyaları fonunda onların fəaliyyət imkanları məhdudlaşarsa, bu, özünü onların qazanclarında müvafiq tərzdə əks etdirəcək və itkilər qaçılmaz olacaq. Nəzərə alaq ki, Ermənistan iqtisadi baxımdan getdikcə geriləyir və Rusiyadan tranzaksiyalara böyük ehtiyacı var. Yəni indekslər aşağı düşəcək və bu, Ermənistan vətəndaşlarının həyatında əksini tapacaq”.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, ABŞ-ın sanksiyaları Rusiya ilə yanaşı, Ermənistana da böyük təsir göstərəcək:

“Siyahıda azərbaycanlı oliqarxların olması ölkəmizə ciddi təsir göstərməyəcək. Azərbaycanlı oliqarxlar daha çox başqa ölkələrə meyil edirlər. Ancaq erməni oliqarxları üçün Ermənstana dəstək vermək, müəyyən sərmayə qoymaq əsas prioritetlərdən biridir. O baxımdan da Rusiyaya tətbiq edilən sanksiyaların Ermənistan üçün ciddi nəticələri olacaq. Hesab edirəm ki, hazırda İrəvan narahatlıq keçirməkdə haqlıdır. Çünki erməni oliqarxlarının Ermənistana böyük yatırımları var. Rusiya ilə əlaqəli olan bütün erməni çevrələrinin zərərli çıxması işğalçıya ciddi mənfi təsir göstərəcək”.

Keçmiş maliyyə naziri, professor Fikrət Yusifov isə hesab edir ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar siyahısında erməni oliqarxlarının da yer alması onların maliyyə durumuna böyük zərbə vuracaq:

“Millətindən asılı olmayaraq, sanksiyalar Rusiya vətəndaşı olan adamlara tətbiq edilib. İndi Ermənistanda siyasi durum elə bir gərgin vəziyyətdədir ki, müxalifət beynəlxalq aləmdə adı çəkilən bütün xoşagəlməz hadisələrdə iqtidarı günahlandırır. Ola bilsin ki, adı siyahıya düşən oliqarxlar Ermənistana yardım edən ermənilərdir. Belə olarsa, deməli, onların Ermənistana maliyyə dəstəyi də zəifləyəcək. Çox güman ki, erməni siyasi dairələri və ekspertləri sanksiyaları Ermənistana xəbərdarlıq kimi dəyərləndirərkən məsələyə məhz bu prizmadan yanaşırlar”.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi “Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib. Hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.

Siyahıda Samvel Karapetyan, Danil Xaçaturov və Sergey Qalitskin (Arutyunyan) kimi erməni oliqarxlarının da adı var.

“Kreml hesabatı”nı Ermənistan elitası üçün həyəcan təbili olaraq dəyərləndirən erməni siyasi ekpertlər sanksiyalar syahısında erməni oliqarxların da adının yer alımasını ölkələri üçün ciddi xəbərdarlıq hesab edirlər.

Tarix
2018.02.03 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla