Yuxarı

Gülər Əhmədovanın məhkəməsində qərar verilmədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gülər Əhmədovanın məhkəməsində qərar verilmədi

Sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilən məhkəmə prosesində qərar elan olunmayıb.

"Axar.az"ın məhkəmədə olan əməkdaşının sözlərinə görə, hakim qərarın elan olunmasını və gülər Əhmədovun söz söz deməsini dekabrın 2-dəki prosesə saxlayıb.

Son sözə hazır olmadığını deyən keçmiş millət vəkili səhhəti ilə bağlı həkim nəzarətinə götürülməyini xahiş etsə də, onun bu xahişi hakim tərəfindən qəbul edilməyib. Məhkəmə heyəti bildirib ki, onların belə bir səlahiyyəti yoxdur, bu qərarı qalnız Baş Prokurorluq verə bilər.

Gülər Əhmədova isə cavabında bildirib ki, onunla eyni maddə üzrə ittiham olunan məhbəs yoldaşının bu cür vəsatətləri təmin edilib. Hətta ona dəmir barmaqlıq arxasında deyil, vəkilin yanında prosesdə iştirak etməyə icazə verilib: "O qadına deyiblər ki, sən qatil deyilsən, ona görə vəkilin yanında da dayanıb, prosesdə iştirak edə bilərsən. Bəs, mən kimi öldürmüşəm? Mənə qarşı niyə ayrıseçkilik edirsiniz?"

Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir, sentyabrın 23-dən iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesinə hakim Əlisultan Osmanov rəhbərlik edir.

Tarix
2013.11.26 / 14:49
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla