Yuxarı

Şəhidimizin son sözü: “Şəhid olsam, ağlama, ana...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidimizin son sözü: “Şəhid olsam, ağlama, ana...”

"Ana, şəhid olsam, ağlama, əyilmə. Təki Vətən sağ olsun".

Axar.az xəbər verir ki, bu sözləri ölümündən 3-4 saat əvvəl Tovuzun Aşağı Öysüzlü kəndindən olan şəhid əsgərimiz Vüqar Poladov anası ilə telefonla danışarkən deyib.

Anası da öz növbəsində oğluna ehtiyatlı olmağı tapşırıb: "Oğul, ehtiyatlı ol, sənə bir şey olsa, mən nə edərəm?". Qəhrəman əsgərimiz belə cavab verib: "Ay ana, məndən də yaxşı oğullar torpaqlarımız uğrunda şəhid olub. Torpaqlarımızı işğaldan azad etməliyik. Vətən üçün, torpaqlarımız üçün şəhid olsam, ağlama, başını dik tut! Çünki şəhid kimi ölmək şərəfdir".

Feysbuk səhifəsində yer alan məlumatlara görə, bundan sonra bacısı ilə telefonla danışan əsgər bacısına valideynlərini tapşırıb: "Şəhid olsam, əyilməyin, qürur duyun və anamla atama yaxşı baxın".

Xatırladaq ki, şəhid əsgər Vüqar Poladovun nəşi bu gün səhər saatlarında doğulduğu kənddə torpağa tapşırılıb.

Tarix
2014.08.02 / 13:43
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla