Yuxarı

Azərbaycanda jurnalistlər hərbi toplanışa çağırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda jurnalistlər hərbi toplanışa çağırılır

Azərbaycanda jurnalistlərin hərbi toplanışı keçiriləcək.

AzeriDefence-nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan hərbi toplanışa televiziya, radio, qəzet-jurnal və elektron KİV-lərdə çalışan kişi jurnalistlər cəlb olunacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin sifarişi üzrə keçiriləcək hərbi toplanışın ən azı 10 gün davam edəcəyi gözlənilir.

Qanunvericiliyə uyğun olaraq keçiriləcək hərbi toplanışa istisnalar qoyulmadan həm baş redaktorlar, həm də sıravi jurnalistlər cəlb olunacaqlar.

Hərbi toplanışa çağırılan Azərbaycanın cəbhə xəttinə yaxın poliqonlarının birində səhra şəraitində hərbi təlimə cəlb olunacaqlar. Eyni zamanda jurnalistlər üçün bir günlük hərbi vəziyyət və səfərbərlik dövründə medianın və jurnalistlərin fəaliyyəti mövzusunda treninq keçiriləcək.

Tarix
2014.08.02 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla