Yuxarı

Ermənistan hökuməti ifşa edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan hökuməti ifşa edildi

"Hökumət başçıları gedib restoranlarda az yeyib-içsinlər, xarici ölkələrdə az dincəlsinlər"

"Ermənistan ordusunun pilotsuz təyyarələrlə təchiz edilməsi üçün hökumət az yeməli və az dincəlməlidir".

Bunu Ermənistan ordusunun keçmiş kəşfiyyatçısı Vova Vardanov son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildərərkən bəyan edib.

O bildirib ki, cəbhədə erməni əsgərlərinin ölüm hallarının sayını azaltmaq üçün hökumət ordunu müasir texnika ilə təmin etməlidir.

"Hökumət başçıları gedib restoranlarda az yeyib-içsinlər, xarici ölkələrdə az dincəlsinlər. Düşünürəm ki, əgər belə etsələr orduya pilotsuz təyyarələr də almaq olar, ölən əsgərlərimizin sayı da azalar", deyə Vova Vartanov bildirib.

Qeyd edək ki, son günlər erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqın etməyə cəhd göstəriblər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmənin cəhdinin qarşısı alınıb. Ermənistan ordusu xeyli itki verib. Lakin Ermənistan Müdafiə Nazirliyi faktı gizlətməyə çalışır.

Təəssüf olsun ki, şiddətli döyüşlərdə Azərbaycan Ordusu da itki verib.

ANS

Tarix
2014.08.02 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla