Yuxarı

“Əsgərlərimiz topla ermənilərin kazarmasını vurub - itkiləri var” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əsgərlərimiz topla ermənilərin kazarmasını vurub - itkiləri var” - Video

Əməkdaşımız cəbhə bölgəsindən yazır...

Tərtərin Qapanlı kəndindəyik. Yolda bir neçə dəfə güllə səsləri eşidilir. Maşının işığını söndürüb yavaş sürətlə hərəkət edirik.

Gecə saat 2 radələrində düşmən tərəfindən atılan güllələr daha da intensivləşir. Bu da onunla əlaqədardır ki, ermənilər Azərbaycan tərəfində postların cüt saatlarda dəyişdirildiyini ehtimal edir. Bir qədər sonra cəbhə xəttinə yaxınlaşırıq. Sürücümüz təhlükəsizlik məqsədi ilə maşının işıqlarını söndürür. Yarım saat qaranlıqda yol gələrək, Tərtərin mərkəzindən 25 km aralıda yerləşən posta çatırıq. Bələdçimiz posta yaxınlaşmağımızın problem yaradacağını deyib əsgərlərimizə ümumiyyətlə görünməməyi tövsiyə edir. Güllə səsləri eşidilsə də görünmədiyi üçün ancaq səsini video ilə yaza bilirik. Bir neçə dəqiqə sonra geri qayıdıb yaxınlıqdakı bir evin qapısını döyürük. Ev sahiblərinin yatmasından ehtiyat etsək də hamı oyaqdır. Ev sakinləri deyir ki, kəndin boşaldıması düz söhbət deyil. Sadəcə ermənilərin hədəfinə tuş gələ biləcək bir neçə evin sakini qonşu evlərə köçürülüb: "Düzdür evlərindən çıxarılanlar var, ancaq kəndin boşaldıması yalandır. Tərtərlilər evlərini qoyub harasa gedəcək insanlar deyil. Kənddə 80-ə yaxın ailə var. Heç kim də evini qoyub getməyib, hamı kənddədir". Sakinlər onu da dedi ki, əsgərlərimizin ermənilərin kazarmasını vurması haqqında da bəzi söz-söhbətlər var: "Səhər bizimkilər topdan atəş açırdılar. Deyilənə görə, toplardan biri emrənilərin kazarmasına dəyib, ermənilər ciddi itki verib".

Qeyd edək ki, "Yeni Müsavat"ın cəbhədə olan əməkdaşı da erməni kazarmasının topla vurulduğunu təsdiqləyib.

Reportajlarımız davam edəcək..

Tarix
2014.08.03 / 09:43
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla