Yuxarı

Vəfa Quluzadə Əliyevin Vilnüs səfərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəfa Quluzadə Əliyevin Vilnüs səfərindən danışdı

Ölkə prezidenti İlham Əliyevin noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Şərq Tərəfdaşlığı sammitində iştirak etməsinə politoloq Vəfa Quluzadə münasibət bilirdi.

Bu haqda "Axar.az"a danışan təcrübəli politoloq Gömrük İttifaqının gələcək perspektivi və Avro-inteqrasiya məsələsində Ukrayna və Azərbaycan arasında olan fərqə də aydınlıq gətirdi:

"Azərbaycan heç vaxt Rusiyaya inteqrasiya etməyib və etməyəcək də. Müstəqillik əldə edəndən sonra ölkəmiz Qərb yolunu tutdu və bu gün də bu yolu uğurla davam etdirir. Bu məsələdə Ukrayna bir az tərəddüd etdi, buna səbəb isə bizdən fərqli olaraq Ukraynanın daha çox Rusiyadan asılı olmasıdır. Ümumiyyətlə, Gömrük İttifaqının heç bir perspektivi yoxdur. Burda udan yalnız heç bir təbii sərvəti olmayan Belarus oldu. Çünki Belarus prezidenti Lukaşenko çox hiyləgər adamdır. Baxın, Kreml o qədər aciz vəziyyətə qalıb ki, bizi özündən asılı salmaq üçün Rusiyanın özünə pul qazandıran miqrant məsələsini qaldırır. Onu da deyim ki, Rusiya Qafqazda da real güc sahibi deyil. Rusiya yalnız Qərbin regionda onlara verdiyi azadlıqlar çərçivəsində hökmranlıq edə bilər".

Tarix
2013.11.26 / 20:33
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla