Yuxarı

Ermənilərin gülləbaran etdiyi kənddən reportaj – Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin gülləbaran etdiyi kənddən reportaj – Foto/Video

Bir neçə gündür ki, ermənilərin atəşə tutduğu Qazaxın Kəmərli kəndində vəziyyət son dərəcə ağırdır.

Dünən gecə bu kəndə çatdıq. Ara-bir atəş səsləri eşidilsə də, əvvəlki günlərə nisbətən sakitlik idi.

Kəmərli sakini Eyvaz kişi bildirir ki, 2 gün öncə ermənilərin kəndi aramsız atəşə tutması hər kəsi narahat edib: "Gecə evimizdə yata bilmirik. Bu gecə saat 3-dən səhərə kimi ermənilər kəndi gülləbaran edib. Uşaqları çölə buraxmırıq. İndi mal-heyvanımızı da çölə çıxara bilmirik. Ermənilər nə gördülər, vururlar. Baxmırlar qocaya, qadına, uşağa. 2 gün öncə də bir kənd sakinini vurdular. İndi xəstəxanadadır.Vəziyyət çox pisdir".

Kənd sakininin sözlərinə görə, ermənilərin atəş açdığı silahlar əvvəlkilərdən fərqlənir: "Biz birinci dəfədir ki, belə silah görürük. Atəş açıldığı zaman qəlpələr düşdüyü yerdə 2 metr radiusda hər şeyi məhv edir. Bu qəlpələri birinci dəfədir ki, görürük. Əlbəttə ehtiyatı əldən verməməyə çalışırıq, ancaq belə şeylər bizi qorxutmur".

Qeyd edək ki, yaralanan kənd sakini haqqında digər yazımızda məlumat vermişik.

Erməni postlarından 500-700 metr məsafədə yerləşən kənd sakini Əliyar Cəfərov deyir ki, atışmaların intensivləşəndə sakinlər qocalara, uşaqlara görə narahat oldular. Köçmək istəyənlər də oldu. Ancaq: "Biz heç yerə getmək istəmirik. Vəziyyət elə gətirmişdi ki, artıq bu kənddə qalmaq təhlükəli vəziyyətə çevrilmişdi. Qadın, qoca, hamı qorxu içindəydi. 2 gün bundan qabaq vəziyyət acınacaqlı idi. İndi şükür olsun, ordumuzun sayəsində düzəlib".
Onu da bildirək ki, kənd sakinlərinin bildirdiyinə görə, ordumuz tərəfindən hazırlıq işləri görülür. Ağır texnika, tank, iri çaplı silahlar hər an hazır vəziyyətdədir.

Qeyd edək ki, dünəndən bəri ara-sıra atışma səsləri eşidilir. Atışma əsasən gecə radələrində başlayır və səhərədək davam edir.

Ordu və mülki şəxslərdən yaralanan, həlak olan yoxdur.

Bakı-Qazax

Tarix
2014.08.03 / 13:56
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla