Yuxarı

Medal şəhidin atasına təqdim edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medal şəhidin atasına təqdim edildi - Foto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə cəbhə bölgəsində düşmənin həmləsini dəf edərkən həlak olan Salyan rayonundan olan şəhid Səftər Əlihüseyn oğlu Məmmədova ölümündən sonra "Hərbi xidmətdə fərqləndiyinə görə" medalı verilib.

Müdafiə nazirliyinin rəsmiləri, rayon icra hakimiyyəti, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhid Səftər Məmmədovun qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.

Qeyd edilib ki, cəbhədə qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səftərin rəşadəti hər kəs üçün örnək olmalıdır, çünki Vətən, torpaq hər şeydən ucadır və onu qorumaq hamının müqəddəs borcudur.

Azərbaycan Ordusunun gücü, onun gündən-günə möhkəmlənməsindən mərasimdə ətraflı danışılıb. Bildirilib ki, ölkəmizin hərbi-siyasi qüdrəti belə deməyə əsas verir ki, tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək, yağı düşmənin əsarətində olan torpaqlarımız işğaldan azad olunacaq.

Şəhid ailələri, müharibə veteranlarına dövlət qayğısı xüsusi vurğulanıb. Sonra şəhidin atası Əlihüseyn Məmmədova şəhidin ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim edilib.

Şəhid atası oğlu ilə qürur duyduğunu söyləyib, anası Rəsmiyyə Məmmədova övladı ilə fəxr etdiyini bildirib.

ANS

Tarix
2014.08.03 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla