Yuxarı

Ermənistan əsgərləri 15 yaşlı məktəbli qızı yaraladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan əsgərləri 15 yaşlı məktəbli qızı yaraladı

Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.

Virtualaz.org saytının xəbərinə görə, bu gün günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın valideynlərinin virtualaz.org saytına verdiyi məlumata görə, erməni gülləsi qızın ayağından dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib. Hazırda yaralı xəstəxanadadır.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun "Sümüklü" dağındakı mövqelərindən görünən ərazidə yaşayır. Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur.

Tarix
2014.08.03 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla