Yuxarı

İraq türkmanları Qarabağa gəlməyə hazırdır – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq türkmanları Qarabağa gəlməyə hazırdır – Açıqlama

"Qarabağ 24 saat içində düşməndən azad edilə bilər".

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında İraqın Ərbil şəhərində yaşayan "Türkman Reform" radiosunun rəhbəri Riyaz Dəmirçi qeyd etdi.

R.Dəmirçinin sözlərinə görə, onsuz da ermənilər artıq qorxuya düşüblər: "Çünki dövlət istəsə, 24 saat içində Qarabağ düşməndən azad edilə bilər. Dəyərli Azərbaycan xalqına, soydaşlarımıza başsağlığı veririk. Artıq Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin də bəyanatı var".

R.Dəmirçi bildirdi ki, bəyanatda bu fikirlər qeyd olunub: "Biz İraq türkmanları olaraq soyumuz, kökümüz, irqimiz, imanımız, dilimiz, adət-ənənələrimiz Azərbaycanla birdir. Ata vətəndə 11 əsgərimiz şəhid olub, ermənilər tərəfindən alçaqcasına xain planla hücum olub, əsgərlərimiz öldürülüb.

Bu hadisəni şiddətlə qınayırıq. Şəhidlərin qanı yerdə qalmayacaq, qala da bilməz. Əvvəlcə vətənin başı sağ olsun, sonra onların yaxınlarına səbr diləyirik".

Riyaz Dəmirçi sonda bunları bildirdi: "Cəbhə xəttində nələr baş verdiyindən xəbərimiz var. Burada yaşayan türkmanlar Azərbaycana dəstək verməyə hər zaman hazırdırlar".

Tarix
2014.08.03 / 20:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla