Yuxarı

Nazirlik yanğınla bağlı rəsmi açıqlama verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik yanğınla bağlı rəsmi açıqlama verdi

Bu gün Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlama verərək bildirib ki, ilkin ehtimala görə yanğın ildırım nəticəsində baş verib.

Yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində saat 19 radələrində söndürülüb. Yanğın 0,07 hektar ərazini əhatə edib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.

Eyni zamanda, bu gün saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.

APA

Tarix
2014.08.03 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla