Yuxarı

Ağdam sakini: “Gecə atışma səsləri elə gəlirdi ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam sakini: “Gecə atışma səsləri elə gəlirdi ki...”

Ağdamın təmas xəttində yerləşən Təzəkənddə nisbi sakitlikdir.

Bu haqda Axar.az-ın bölgədə olan müxbiri xəbər verir.

Qadağan olunmuş ərazini bildirmək üçün qurulmuş posta ən yaxın evdə yaşayan kənd sakini Mirzəyev Sərxan ötən günlərdə baş verən hadisələr haqda bunları deyib:

"İyulun 31-dən avqustun 1-nə keçən gecə atışma səsləri elə gəlirdi ki, elə bildim, mərmilər pəncərənin ağzında uçuşur. Hətta şüşələri sındıracağını düşündüm. Amma dünən gecə elə də atışma olmayıb. Biz bu səslərə və vahiməyə alışmışıq. Lakin balaca körpə balalar səsdən yata bilmir, qorxur, psixoloji travma alırlar. İki gündür ki, Ağdamın polis rəisi də buralara tez-tez baş çəkir, burda yaşayan ailələrlə maraqlanır. Polis rəisi bizə dedi ki, narahat olmayın, hər şey nəzarət altındadır".

Xatırladaq ki, son günlər baş verən döyüşlərdə Azərbaycan ordusunun 13 əsgəri şəhid olub. Düşmən tərəfdən isə 20-dən çox ölü, 40-a yaxın yaralı var.

Tarix
2014.08.03 / 21:57
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla