Yuxarı

Nüsrət Kəsəmənlinin oğlu döyüşə getmək istəyir - Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nüsrət Kəsəmənlinin oğlu döyüşə getmək istəyir - Müraciət

Son iki gündə cəbhə bölgəsində gedən ağır döyüşlər nəticəsində Azərbaycan tərəfdən verilən itkilər hər birimizin ürəyini göynətməkdədir. Vətən uğrunda şəhid olan əsgərlərimiz torpağa tapşırılsa da, onlar üçün anaları, ataları deyil, bütün Azərbaycan göz yaşı axıdır. Cavanlar, gənclər qisas hissi ilə alışıb-yananlar, şəhidlərimizin qanlarını yerdə qoymaq istəməyənlər Ali Baş Komandanın müharibə elan etməsini səbirsizliklə gözləyirlər.

Mediainfo xəbər verir ki, onların arasında məhəbbət şairi Nüsrət Kəsəmənlinin yadigarı Rəşad Kəsəmənli də var. Belə ki, dünən dostlarını (onların arasında rejissor Samir Qulamov, Şahin Zəkizadə, Elçin Məmmədli, Zaur Zeynal, Samir Həsənov, Rüfət Umidov, Yaşar Əhmədov, Rəşad Ataş, Alif Cahangirli də vardı), sosial şəbəkədə əlaqədə olduqlarını döyüşə səsləyən R.Kəsəmənli könüllülər dəstəsi yaratmaq məqsədilə birbaş Müdafiə Nazirliyinə yollanıb. Vətən uğrunda döyüşməyə hazır olduqlarını söyləyən bir sıra vətəndaşlara nazirlikdən bildirilib ki, hərbi səfərbərlik elan edilmədiyi üçün onları döyüş bölgəsinə yollaya bilməzlər.

Həmin ərəfədə məlum olub ki, Rəşad və dostları kimi cəbhə bölgəsində döyüşmək istəyən yüzlərlə könüllülər nazirliyə müraciət ediblər.

P.S. Bu, əlbəttə ki, qürurverici hissdir. Deməli, hələ də xalqımızın cəsarətli, vətənpərvər, igid oğlanları var, olub, olacaq da! İnşallah, tezliklə səfərbərlik elan olunar. Və millətimizin cəsur əsgərləri sayəsində torpaqlarımız işğalçı ermənilərdən azad edilər. O zaman hər kəsin (əlbəttə, söhbət əsl kişilərdən gedir, Elşad Xose kimi sosial şəbəkələr vasitəsilə şəhidləri, qaçqın və köçkünləri təhqir edən məxluqlardan yox) vicdanı rahatlaşar.

Allah şəhidlərimizə rəhmət eləsin! Cəsur Azərbaycan oğlanlarını var eləsin! Yaşa, Azərbaycanımız!

Tarix
2014.08.04 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla