Yuxarı

“Danışıqlara başlamağın vaxtı çatıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Danışıqlara başlamağın vaxtı çatıb”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib.

C. Uorlik son günlər cəbhə xəttində baş verənlərdən narahatlığını bildirib: "İlk növbədə ötən günlər baş vermiş zorakılıqlar zamanı həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Mən təmas xəttində çoxlu sayda ölümlərin baş verməsi barədə xəbərlərdən çox narahatam. Bu insidentlər münaqişənin sülh yolu ilə həlli səylərinə zərbədir. Mən tərəfləri atəşkəsə əməl etməyə çağırıram".

C. Uorlik qeyd edib ki, həmsədrlər problemin sülh yolu ilə həllinə nail olmaq üçün tərəflərlə fəal iş aparır: "Minsk Qrupu tərəflər arasında vasitəçilik üçün yeganə format olaraq qalır. Biz münaqişənin uzunmüddətli həlli üçün bölgəyə müntəzəm səfərlərimizi və yüksək səviyyəli təmaslarımızı davam etdirəcəyik. Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər. Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb. Əgər tərəflər doğrudan da münaqişənin həlli istəyindədirlərsə, onlar həmsədrlərlə strukturlaşmış danışıqlar prosesinə daxil olmaq barədə İsveçrənin təklifini qəbul etməlidir".

APA

Tarix
2014.08.04 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla