Yuxarı

Millət vəkili savaşla bağlı Təhsil nazirinə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili savaşla bağlı Təhsil nazirinə müraciət etdi

Millət vəkili Fazil Mustafa orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpa olunması ilə bağlı Azərbaycan Respublikasının Təhsil nazirinə müraciət edib.

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib.

O, orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpa olunması ilə bağlı təhsil nazirinə müraciət hazırladığını bildirib.

Millət vəkilinin sözlərinə görə ehtiyatda olan kifayət qədər zabit və gizirimiz var ki, bu işi minimum əmək haqqı ilə həyata keçirə bilərlər:

"Hələ vaxta bir ay var, operativ surətdə orta məktəbin 7-ci sinfindən başlayaraq dövlət və özəl məktəblərdə oğlanların və qızların həftədə bir dəfə hərbi vərdiş və davranışlara yiyələnməsinə yönələn dərslərin keçirilməsi nəzərdə tutulmalıdır. Hərbi oyunlar üzrə müxtəlif yarışların keçirilməsi də məktəblərin iş planına salınmalıdır. Məktəblərdə səyyar atıcılıq kursları təşkil olunmalıdır".

Xatırladaq ki, millət vəkili orta məktəblərdə təşkil olunacaq bu cür kurslarda uşaqların ödənişsiz əsaslarla iştirakının mümkün olacağını açıqlayıb.

Tarix
2014.08.04 / 15:59
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla