Yuxarı

Zakir Həsənov cəbhə bölgəsində tapşırıqlar verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov cəbhə bölgəsində tapşırıqlar verdi - Foto

Son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən Müdafiə naziri mövcud vəziyyətlə tanış olunub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.

Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib.

Tarix
2014.08.04 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla