Axar.az
Yuxarı

Axar.Az Logo

İlham Əliyev Çin və İndoneziya liderlərinə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çin və İndoneziya liderlərinə məktub göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

İlham Əliyevin Çin Xalq Respublikası sədri Si Cinpinə göndərdiyi məktubda deyilir:

"Ölkənizin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Prezident İlham Əliyevin İndoneziya respublikasının yeni seçilmiş Prezidenti Coko Vidodoya göndərdiyi təbrik məktubunda qeyd edilir:

"İndoneziya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Tarix
2014.08.04 / 19:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev təyyarədə mənə dedi ki... - Saakaşvili

Köçəryan hakimiyyətə gəlsə, Qarabağda nə baş verəcək?

Bu kənd də Azərbaycana qaytarılmalıdır – Çaxmaqlı

"İndependent" Şuşa Bəyannaməsindən yazdı

İtaliyalı professor: 44 günlük müharibədə Avropa...

Əli Əsədov iclas keçirdi

Azərbaycanın 4 təyyarəsi Türkiyədə

Türkiyənin Azərbaycanda bazası? Şayiədir - Lavrov

Azərbaycan əsgəri də Əfqanıstanda qala bilər

Qarabağa silah daşıyan erməni şirkət rəhbərləri... - Prokurorluq

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla