Yuxarı

“Ermənistana sanksiya tətbiqinə ehtiyac yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənistana sanksiya tətbiqinə ehtiyac yoxdur”

"Azərbaycanın ərazi bütövlüyünü BMT başda olmaqla dünyanın bütün beynəlxalq təşkilatları və dünya dövlətləri tanıyır".

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Ermənistana qarşı Qərb və ABŞ-ın niyə sanksiyalar tətbiq etməməsi haqqında mövzunu şərh edərkən deyib.

O, BMT qətnamələrinin təəssüf ki, tövsiyə xarakteri daşıdığını bildirib:

"BMT-də Qarabağla bağlı olan 4 qətnamə isə icraedici deyil, tövsiyə xarakteri daşıyır. Qarabağ və Krım məsələsi isə nəticə etibarilə oxşardır, yəni hər ikisi Rusiya tərəfindən işğal olunub. Amma Krım məsələsində Rusiya birbaşa iştirak edir, Qarabağda isə Ermənistanın əli ilə. Bir var rəqib qarşındadır və bilirsən kiminlə savaşırsan, bir də var ki, səndən daha güclü ola-ola rəqib kiminsə arxasında gizlənir. Ermənistan iqtisadi potensialı olmayan dövlətdir, onun yaşayış şəraiti elə bərbaddır. Bu ölkəyə sanksiya tətbiq etməyə nə ehtiyac? Onsuz da iqtisadiyyatı günü-gündən dağılır. Ölkə uçurumda və səfalət içərisindədir. Lakin ona dəstək verən Rusiya onu bu və ya digər problemlərdən qoruyur. Çünki Rusiya Cənubi Qafqazda daimi qalmaq və regionu öz təsir gücünü saxlamaq istəyir. Burada əsas və vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin xarici siyasət kursu dəyişsə, Qarabağ məsələsi konkret həllini tapacaq.

Bir şeyi heç zaman unutmayaq ki, Rusiya Qarabağı heç zaman Azərbaycana verməyəcək, əgər Azərbaycan dövləti özü almasa!"

Tarix
2014.08.05 / 09:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla