Yuxarı

Qarabağa sülhməramlılar yeridilə bilərmi? - Polyak politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağa sülhməramlılar yeridilə bilərmi? - Polyak politoloq

ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunan razılaşmalara görə, Qarabağa sülhməramlıların yeridilməsi mümkün deyil.

Axar.az xəbər verir ki, bunu polşalı politoloq, Avropa Geosiyasi Analiz Mərkəzinin baş direktoru Mateuş Piskorski cəbhə xəttində son günlər baş verən gərginlik səbəbindən Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yeridilməsi məsələsinə toxunarkən deyib.

Politoloq bildirib ki, ilk növbədə bu sülhməramlı qüvvələrin tərkibinin kimlərdən ibarət olacağını müəyyənləşdirmək lazımdır: "Bura Ukrayna münaqişəsinə görə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında gərginliyi də əlavə etmək olar. Onların Dağlıq Qarabağda beynəlxalq sülhməramlı kontingentin yaradılması ilə bağlı razılığa gələ biləcəkləri çətin məsələdir. Azərbaycan tərəfinin addımları məhdud xarakterli olduğu üçün indiki vəziyyətdə sülhməramlı qüvvələrin iştirakına ehtiyac yoxdur. Bu addımlar Dağlıq Qarabağ və ya Ermənistana hücum hesab olunmur".

Politoloqun sözlərinə görə, Azərbaycanın addımları geniş miqyaslı olarsa, o zaman konfliktin həlli üçün sülhməramlı kontingentin göndərilməsi yollarını axtarmaq olar.

Tarix
2014.08.05 / 11:19
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla