Yuxarı

BTQ bunun ən yaxşı nümunəsidir - Tsereteli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekoloji məsələlər ATƏT-in prioritetləri arasında ilk yeri tutur.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu“ mövzusunda tədbirdə çıxış edən ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib. İpək Yolu layihəsini dəstəkləyən Tsereteli miqrasiya və iqtisadi əməkdaşlığın vacibliyini qeyd edib.

O bildirib ki, dondurulmuş münaqişələrin həllinə nail olunmaması bu məsələdə ən ciddi maneələrdən biridir.

"İpək Yolu böyük ticarət dəhlizidir, amma bu maşrut üzərində vacib şəhərlər yerləşir, müxtəlif mədəniyyət daşıyıcısı olan insanlar yaşayır. Bu insanlar mədəniyyətlərini paylaşmaqla əlaqələri genişləndirə və ümumi inkişafa nail ola bilərlər".

Tsereteli qeyd edib ki, İpək Yolunda hər bir ölkənin milli maraqları var, ən başlıcası isə təhlükəsizlik və iqtisadi inkişafdır.

"PA üzvləri arasında ticarət əlaqələri genişləndirməlidir. Bu əlaqələrin genişlənməsi üçünsə korrupsiya aradan qalxmalıdır. Yeni yollar yaradılmalıdır və bu baxımdan Bakı-Tiflis-Qars bunun ən yaxşı nümunəsidir. Biznesin, iqtisadiyyatın inkişafı üçün xalqlar arasında körpülər qurmalıyıq", - ATƏT PA sədri qeyd edib.

Tarix
2018.03.13 / 11:46
Müəllif
Orxan, Aida
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla