Yuxarı

İskəndəryan: "Soçi görüşü Putinin imitasiyasıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İskəndəryan: "Soçi görüşü Putinin imitasiyasıdır"

Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan təmas xəttində baş verən hadisələr və Rusiya dövlət başçısının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə nəzərdə tutulan görüşü barədə erməni mediasına ətraflı müsahibə verib.

Axar.az xəbər verir ki, müsahibədə ən diqqət çəkən məqam onun prezidentlərin görüşündən gözləntilər barədə dediyi fikirlərdir.

İskəndəryan deyib ki, əslində, bu görüş daha çox Kremlin maraqlarına xidmət edir:

"Açığı, görüşün detalları barədə ətraflı açıqlama verməkdə çətinlik çəksəm də, bir önəmli nüansı əminliklə vurğulaya bilərəm - bu görüş Rusiyanın itirilmiş reytinqinin bərpasına hesablanıb. Yəni Ukrayna hadisələri, ələlxüsus da ölkənin şərqində baş verən hadisələr Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurub. Odur ki, rəsmi Moskva imitasiya etməklə göstərmək istəyir ki, bölgədə sülhün bərpasında maraqlı olan böyük bir dövlətdir. Xatırlayırsınızsa, Moskva belə təşəbbüslə 2008–ci ilin avqust hadisələrindən sonra da çıxış etmişdi. O vaxta da təmas xəttində müəyyən problemlər oldu və Kreml önləyici addımlar atdı. Gürcüstan hadisələrində də Rusiyanın imici ciddi zərbəyə məruz qalmışdı".

Xatırladaq ki, Rusiyanın təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb.

Tarix
2014.08.05 / 15:06
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla