Yuxarı

Ordumuz Dağlıq Qarabağda: Abbasoğludan ilk xoş mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz Dağlıq Qarabağda: Abbasoğludan ilk xoş mesaj

15:10

Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər.

"Musavat.com"u bilgiləndirən qaynaq Silahlı Qüvvələrimizin 4 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq belə ifadə edib: "Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi..."

Bu qəbildən olan məlumatda daha böyük iddialar var; lakin onları dəqiqləşdirmək imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda Müdafiə Nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə hələlik heç bir konkret açıqlama vermirlər. Onlardan biri isə özünün Feysbuk səhifəsində bunları yazıb:

"Yovşan ətri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Hər şey əla olacaq!"

Xatırladaq ki, ötən gün də sosial şəbəkələrə istinadla bəzi xəbər saytları Ağdam-Füzuli istiqamətində xoş xəbərlər olduğu barədə təsdiqlənməmiş məlumat yaymışdılar.


15:40

Feysbuk sosial şəbəkəsində Qabil Abbasoğlunun paylaşdığı status çox ciddi şəkildə müzakirə olunur. Tanınmış jurnalist bu statusu paylaşıb: "Rəsmi, inzibati baxımdan Dağlıq Qarabağın ərazisindəyəm".

Tarix
2014.08.05 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla