Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Deputat şərə düşdü: “Gözünü yumub, ağızlarını açdılar” – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə statusunda qeyd etmədiyi bir məqama görə ittiham olunmasına reaksiya verib.

Axar.az xəbər verir ki, millət vəkili gözləmədiyi halda şərləndiyini bildirib.

O, Feysbukda “Azadlıq qəzeti" adlı bir səhifədən bir-iki saat öncə, dostları vasitəsilə xəbər tutduğunu və orada onun barəsində yalan yazıldığını öyrəndiyini qeyd edib:

“11 martda Yevlaxda məktəbliləri daşıyan avtobus qəzaya düşəndə mən gün ərzində beş ağır yaralının yerləşdirildiyi Mingəçevir xəstəxanasının rəhbərliyi ilə əlaqə saxladım və yenilikləri səhifəmdə paylaşdım.

Bu gün axşam isə yuxarıda adı çəkilən Feysbuk səhifəsi mənim həmin paylaşmamı tam dəyişərək yazmadığım fikirlərlə status paylaşıb və onu müzakirəyə çıxarıb. Müzakirəyə qoşulanlar isə mənim səhifəmi oxumadan gözlərini yumub...

Bildirim ki, həmin səhifə radikal müxalifətçi Əli Kərimlinin rəhbərlik etdiyi "Azadlıq" qəzetinin Feysbuk səhifəsidir. Artıq yalana və şərə keçiblər. Fikirləşirlər ki, oxuyanlardan beşi inansa, belə qazancımızdır.

Yalanla qazanılan qazanc”.

Qeyd edək ki, sözügedən səhifədə “Deputat özünü necə biabır etdi?” başlığı ilə Taleh Xasməmmədov adlı şəxsin açıqlaması paylaşılıb. T.Xasməmmədov açıqlamada bildirir ki, avtoqəzada yaralanan şagirdlərin Mingəçevir xəstəxanasına yerləşdirməsi ilə bağlı Mingəçevirin deputatı Aydın Mirzəzadə öz səhifəsində yazıb: “Mən Mingəcevir şəhər xəstəxanasının baş həkimi Könül xanımla telefonla əlaqə saxladım. Hər şey normaldır, xəstələrin vəziyyəti yaxşıdı”.

İş orasındadı ki, baş həkim kişidi. Sadəcə olaraq adı Könüldü. Deməli, bu deputat heç kimə zəng etməyib və heç nə ilə maraqlanmayıb. Heç deputatı olduğu şəhərin baş həkiminin kim olduğundan xəbəri yoxdu”.

Halbuki Aydın Mirzəzadə 11 martda bir neçə status paylaşıb. 11:44 statusunda millət vəkili qeyd edib:
“Bu gün səhər xəbər saytları Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası barədə xəbər yaydılar. Bildirilir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus QAZ-53 markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində azı 5 nəfərin xəsarət aldığı və yaralıların Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiridiyi bildirilir.

Mingəçevir şəhər xəstəxanasının rəhbəri Könül müəllimlə əlaqə saxladım. O bildirdi ki, hadisəni eşidən kimi hadisə yerinə Mingəçevir xəstəxanasının təcili yardım maşınları göndərilib. Yüngül yaralılar Yevlax xəstəxanasına yerləşdirilib, 5 nəfər nisbətən ağır yaralı isə Mingəçevir xəstəxanasına gətirilib.

Bir yaralı dərhal əməliyyata götürülüb, digərilərinin isə əməliyyat edilib-edilməməyi yaralıların vəziyyətindən asılı olacaq.

Bütün Mingəçevir səhiyyəsi səhərdən ayaq üstədir və yaralıların müalicəsi üçün xəstəxanada bütün imkanlar vardır.

Vəziyyətlə əlaqədar gün ərzində Mingəçevir xəstəxanası ilə daima əlaqədə olacağam”.

Allah şəfa versin”.

14:40 yaydığı məlumatda isə deputat qeyd edib:

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ilə yenə əlaqə saxladım. Yevlaxda bu gün səhər avtobus qəzasına düşən və Mingəçevirdə müalicə alan şagirdlərlə maraqlandım. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır. Biri əməliyyat olunub və vəziyyəti stabilləşib. İkincinin vəziyyətinə Bakıdan təcili gələn neyrocərrah qərar verəcək. Mən zəng edəndə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə də orda idi. Yaralıların valideynlərinə ciddi diqqət edilir və onlara görülən işlər barədə tam məlumat verilir”.

Həmin gün 19:58-də isə millət vəkili 5 yaralının vəziyyətinin normal olduğunu, Məleykə Abbaszadənin onlara baş çəkdiyini, xəstələrin dövlət hesabına müalicə aldığını yazıb:

“Bütün bu məsələlər barədə xəstəxana direktorunun müalicə işləri üzrə müavini, köhnə dostum İlham həkim Mayılovla danışdım. Sonda isə bildirdi: "Aydın müəllim, hamını soruşdunuz, müalicə ilə məşğul olan Mingəçevir həkimləri, o cümlədən mən, indiyə qədər nəinki yemək yemişik, hətta çay da içməmişik".

Həkimlərimizə eşq olsun”.

Tarix
2018.03.14 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bağçada üzünə “dağ basılan” uşağın anası: Yalandır...

Türkiyədəki seçkilərdə kim qazandı, kim uduzdu?

Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı

Səslərin 98%-i sayıldı: kim liderlik edir? - Nəticələr

İlham Əliyevdən Ərdoğana məktub

Ərdoğanın seçkidən sonra ilk çıxışı - Video

Baxçalıdan Ərdoğana telefon zəngi

Türk PA Türkiyədə seçkiləri izlədi

Baxçalı proqnozları alt-üst etdi

İlham Əliyevdən Ərdoğana təcili zəng

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla