Yuxarı

Tillersonu niyə Türkiyəni sevməyən Pompeo əvəz etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da dövlət katibi dəyişikliyi gözlənilən idi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun vəzifədən azad edilməsi ilə bağlı danışan politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Tillerson ABŞ-ın İranla imzalanmış nüvə anlaşmasından çıxmasının əleyhinə idi:

“Onun yerinə gələcək MKİ direktoru Mayk Pompeo isə bu məsələdə sərt mövqe tutur. Ona görə də ABŞ-ın İrana qarşı siyasətinin daha da sərtləşəcəyi aydın məsələdir. Rusiya ilə bağlı siyasətdə də yumşalma gözləməyə dəyməz. Pompeo hətta Trampın mövqeyinə zidd olsa da, Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini dəfələrlə açıq şəkildə bildirib və kəşfiyyatın Obama dövründə bu barədə verdiyi ortaq raportu dəstəkləyib.

Demokratların Senatdakı lideri Şumer Pompeonun Rusiyaya və Putinə qarşı daha sərt siyasət yeridəcəyinə ümid edir. Maraqlı bir detal var ki, Soyuq müharibə dövründə Putin kəşfiyyatçı kimi Almaniyanın şərqində, Pompeo isə hərbçi kimi Almaniyanın qərbində xidmət edib”.

Politoloq qeyd edib ki, Tillerson Türkiyə ilə müttəfiqlik əlaqələrinin qorunmasına tərəfdar idi:

“Hətta Suriya (Menbiç) ilə bağlı iki tərəf arasında əldə olunmuş prinsipial razılığın Çavuşoğlunun martın 19-da Vaşinqtonda Tillersonla görüşündən sonra açıqlanacağı gözlənilirdi. İndi bu səfərin baş tutub-tutmayacağı qeyri-müəyyən qalıb. Pompeonun Türkiyəyə münasibətinə gəldikdə isə vəzifəyə təyin olunmazdan bir müddət əvvəl “Türkiyə də İran kimi totalitar islamçı diktaturadır” deyə yazdığı tvitti sildiyi məlumdur. Lakin MKİ direktoru təyin olunduqdan sonra o ilk səfərini Türkiyəyə etdi”.

Ş.Cəfərli MKİ direktoru vəzifəsinə təyin olunacağı gözlənilən Cina Hespelin də maraqlı şəxs olduğunu düşünür:

“Bu xanım haqqında müxtəlif iddialar var. Onun MKİ-nin bəzi ölkələrdəki gizli həbsxanalarına rəhbərlik etdiyi, hətta işgəncə üsulunu dəstəklədiyi bildirilir. Yeri gəlmişkən, Pompeo da terrorda ittiham olunanların dindirilməsi zamanı işgəncələrin tətbiqinə tərəfdardır. Hespelin oğlunun da MKİ əməkdaşı olduğu və Ukraynada separatçılıq başladığı zaman ora göndərildiyi, Slavyansk şəhərində naməlum qrup tərəfindən girov götürüldüyü və MKİ direktoru Con Brennanın şəxsən Ukraynaya gedib onu xilas etdiyi barədə iddialar var.

Bir sözlə, Tramp öz komandasını hələ indi qurmağa başlayıb”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə Trampın Tillersonu dövlət katibi vəzifəsindən çıxarmasnın səbəblərini belə izah edib:

“Fikrimcə, Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi. Tillerson siyasi çəkisinə görə Trampdan geri qalmırdı. Böyük neft şirkətinin rəhbəri olan Tillersonun pulu keçmiş tikinti maqnatı Trampın pulundan çox idi. Elə dövlət katibi vəzifəsində də Tillerson müstəqil qərarlar verməyə çalışırdı, ancaq Ağ Ev administrasiyası onun qərarlarından sanki qıcıqlanırdı. Trampın müşaviri və kürəkəni Kuşner də Tillersonla razılaşdırmadan xarici siyasətlə məşğul idi. Bu da Tillersonun xoşuna gəlmirdi. Bir sözlə, iki qoçun başı bir qazanda qaynamadı. Tramp bir ildən artıqdır ki, Amerika prezidentidir, ancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı-hesabı yoxdur. Bu onun daxili və xarici siyasətdə sistemli yanaşmasının olmamasından irəli gəlir. Bir neçə gün əvvəl iqtisadi məsələlər üzrə müşaviri də Ağ Ev sahibinin Avropa Birliyi dövlətlərinə qarşı tətbiq edilən yeni iqtisadi qaydalarla razılaşmayaraq istefa vermişdi”.

Politoloq bu fonda Türkiyənin işinin yenə çətinləşəcəyini qeyd edib:

“Onsuz da Ankaranın Vaşinqtonla münasibətlərində soyuqluq var. Tillerson bir müddət əvvəl Türkiyə paytaxtına gəlib razılaşmalar əldə etdi. Bu sırada münasibətlərin normallaşması və Suriyada ortaq maraqların qorunması məqsədilə iki mexanizm əldə edildi, elə bu günlərdə həmin mexanizmlər işə salınmalı idi. Tillerson daha dövlət katibi deyil. Bu o deməkdir ki, Ankara indi də yeni dövlət katibi Mayk Pompeo ilə eyni məsələləri müzakirə etməlidir. Ancaq Pompeonun Türkiyəyə simpatiyası yoxdur və onun Tillersonun Ankara ilə əldə etdiyi razılaşmaları yerinə yetirəcəyi bəlli deyil”.

Qeyd edək ki, D.Tramp Dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq onun yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirib.

MKİ-yə isə bu vaxtadək müavin vəzifəsini icra edən xanım Cina Hespel rəhbərlik edəcək.

Tarix
2018.03.14 / 10:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla