Yuxarı

Keçmiş kəşfiyyatçı təcrübəli hərbçiləri ön cəbhəyə səslədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş kəşfiyyatçı təcrübəli hərbçiləri ön cəbhəyə səslədi

"İndi nə tamamilə müharibə gedir, nə də sülh şəraitində yaşayırıq. Əvvəl-axır müharibə baş verməlidir. Hazırda cəbhədə baş verənlər bunu bir daha sübut edir".

Bu sözləri Axar.az-a açıqlama verən keçmiş kəşfiyyatçı İlham Ağalarov deyib. Cəbhədə baş verənlərə münasibət bildirən kəşfiyyatçı qeyd edib ki, vaxtilə döyüşlərdə iştirak etmiş şəxslərin sayının orduda azalması döyüş ənənələrinin pozulmasına gətirib çıxarıb. Səngərdə müddətli hərbi qulluqçuların deyil, muzdlu hərbçilərin olmasını daha məqsədəuyğun hesab edən İ. Ağalarov keçmiş döyüşçülərə də səslənib:

"Bütün keçmiş döyüşçülər müharibəyə hazır olmalıdır. Cəbhə bölgəsini təkcə gənclərin ümidinə qoymaq olmaz. Bu işdə biz də öz təcrübəmizdən istifadə edərək cəbhədəki insanlara kömək etməliyik".

Qeyd edək ki, İlham Ağalarov 1991-98-ci illərdə briqada kəşfiyyat bölüyünün komandiri kimi cəbhə bölgəsində xidmət edib.

Tarix
2014.08.05 / 22:00
Müəllif
Elnur Məmmədov
Digər xəbərlər

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla