Yuxarı

Biz əvvəl-axır Dağlıq Qarabağın... - Yıldırım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ məsələsi qanayan yaradır. Azərbaycanın bu məsələdə tamamilə haqlı olduğunu bütün millətlər, BMT, ATƏT kimi təşkilatlar qəbul edir. Guya həll etməyə də çalışırlar. Amma heç bir halda irəliləyiş əldə olunmur.

Axar.az xəbər verir ki, bunu APA-ya eksklüziv müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

B. Yıldırım bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon insan yerindən, yurdundan didərgin düşüb:

"Təbii ki, bunun belə davam etməsi mümkün deyil, heç kim bunu istəyə bilməz. Bu yaxınlarda Azərbaycan və Gürcüstan parlamentindən millət vəkilləri Türkiyəyə gəlmişdi. Xocalı qətliamının ildönümü münasibəti ilə rəsm sərgisi açıldı. Bu ibrətamiz bir şeydir. O qətliamı, vəhşiliyi unutmaq mümkün deyil. Biz əvvəl-axır Dağlıq Qarabağ məsələsinin, Azərbaycanın haqlı davasının ən uğurlu şəkildə həll ediləcəyinə inanırıq. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, bura Azərbaycanın ərazi bütövlüyünə daxildir. Bunu hər kəs qəbul edir. Hüquqi həll əvvəl-axır olacaq".

Baş nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanla birlikdədir: "Bu məsələnin həlli tək Azərbaycan və Ermənistan arasındakı məsələnin həlli anlamına gəlmir. Bu, bütün bölgənin stabilliyi, təhlükəsizliyi üçün önəmli məsələdir".

Tarix
2018.03.14 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla