Yuxarı

Hərbi ekspert: “Ermənilər bir neçə rayonu azad edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi ekspert: “Ermənilər bir neçə rayonu azad edəcək”

"Hərbi mənbələr qoşunların təmas xəttində hər hansı dəyişikliyin olmadığını bildirirlər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Cəsur Sümərinli öz Feysbuk səhifəsində çıxış edib. O, Rusiyanın ermənilərə təzyiqi ilə bir neçə rayonun boşaldılma ehtimalının olduğunu bildirib:

"Bir daha qeyd edirəm: Hərbi mənbələr qoşunların təmas xəttində hər hansı dəyişikliyin olmadığını bildirirlər. Bu gün 3-4 hərbi mənbə ilə əlaqə saxladım. Hamısı da eyni fikirdədir. Hər hansı dəyişiklik yoxdur. Amma... Bu dəqiqələrdə diplomatik mənbələrdən aldığım məlumata görə, mümkündür ki, Rusiyanın təzyiqi ilə erməni tərəfi bir-iki rayonu azad etmək məcburiyyətinə salınıb. Bu informasiya yaxın zamanlarda rəsmi Bakı tərəfindən təmtəraqla açıqlana bilər. Bir qədər gözləyək".

Xatırladaq ki, dünəndən başlayaraq, ordumuzun Ağdam və Füzuli istiqamətində irəlilədiyi barədə qeyri-rəsmi xəbərlər dolaşır. Hətta bir neçə saat əvvəl Ağdamın Yusifcanlı və Bayramlar kəndlərinin işğaldan azad olunduğu haqda məlumat da yayıldı.

Qeyd edək ki, bu xəbərlər rəsmən təsdiqlənməyib.

Tarix
2014.08.06 / 00:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla