Yuxarı

“Qarabağda vəziyyətin kəskinləşməsi siyasətdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağda vəziyyətin kəskinləşməsi siyasətdir”

"Hazırda Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsinin təsadüfü olduğunu düşünmürəm".

Musavat.com-un məlumatına görə, bunu tanınmış analitik, Amerika Xarici Siyasət Şurasının baş əməkdaşı Veyn Meri Ermənistan-Azərbaycan cəbhəsində baş verən son prosesləri şərh edərkən bildirib.

Hətta Avropa və ya Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan prezidentlərinin görüşü planlaşdırılsa da bütün cəbhə boyunca toqquşmalar davam edir. O əlavə edib ki, vəziyyətin belə kəskinləməsi "öncədən görünən idi". "Bu ona görə baş verir ki, hər iki tərəf buna şərait yaradır".

"Atəşkəs rejimini daha yaxşı necə təmin etmək olar" sualının cavabında Meri deyib ki, hakimiyyətlər öz qoşunlarına təmkinli olmaq və müharibəyə təhrik etməmək əmrini verməlidir.

Zorakılıq lokal qruplar arasında getmir. Bunlar öz komandirlərindən göstəriş alan hərbçilərdir.
Lokal xarakterli döyüşlərin təsadüfü və ya spontan olmasına gəlincə, "əgər bütün cəbhə xətti boyunca gedirsə, bu, artıq spontan hadisələr deyil, bu, artıq siyasətdir", - Veyn Meri vurğulayıb.

Tarix
2014.08.06 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla