Yuxarı

Doğum günü şəhid olan gizirimizin atası gileyləndi - Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doğum günü şəhid olan gizirimizin atası gileyləndi - Foto/Video

"Oğlumun qisası üçün həyatda olan 2 oğlum, qardaşım uşaqları, kəndin cavanları bu dəqiqə Ali Baş komandanın döyüş əmrini gözləyirik".

Bu sözləri şəhid gizirimiz Qaryağdı Əhmədovun yas mərasimində iştirak edən əməkdaşımıza mərhum gizirin atası Eldar Əhmədov deyib. O, bildirib ki, oğlu Qaryağdı həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq bu yolu seçib. Şəhidin atası oğlunun vətən yolunda canından keçməklə bağlı valideynləri ilə bir neçə gün öncə söhbət etdiyini deyib:

"Elə bu qapıdan çıxarkən bizə dedi ki, Siz oğlunuzun döyüş bölgəsində olması ilə fəxr edin. Şəhid olsam da, üzülməyin. Şəhid olmaq fəxrdir". Şəhidin atası bir sıra xəbər saytlarına da iradını bildirdi: "Ay oğul, siz Allah, dediklərimi yazın. Əziyyət çəkib gəlmisiniz, çox sağ olun. Pis başa düşməyin, ancaq bəziləri Bakıdan zəng edib danışırlar və yazını yazan zaman demədiklərimi yazırlar".

Qeyd edək ki, şəhid Qaryağdı Əhmədov ölümündən sonra, avqustun 3-də "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib və medal şəhidin atası Eldar Əhmədova verilib.

Xatırladaq ki, gizir Qaryağdı Əhmədov öz doğum günündə, yəni avqustun birində düşmənin snayperindən açılan atəş nəticəsində şəhid olub. Qaryağdının cənazəsi qardaşı tərəfindən kənd camaatının iştirakı ilə Ağdam şəhər məscidində yuyulub və torpağa tapşırılıb.

Tarix
2014.08.06 / 20:47
Müəllif
Tural, İsmi
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla