Yuxarı

Qızı Prezidentin Qarabağ vədini paylaşdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızı Prezidentin Qarabağ vədini paylaşdı

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın paylaşdığı son status diqqət çəkib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevin hərbi formada olan fotosu ilə "Biz tarixi torpaqlarımızı qaytaracağıq. Söz verirəm" sitatını paylaşan Leyla Əliyevanın statusu gənclərin dəstəyini qazanıb.

Xatırladaq ki, ötən gün Leyla Əliyeva son döyüşlərdə şəhid olan əsgərlərimizlə bağlı daha bir münasibətini açıqlamışdı:

"Şəhidlərin ailələrinə başsağlığımı ifadə edirəm! Həlak olmuş əsgərlərimiz Azərbaycanın müstəqilliyini müdafiə edərək onun milli azadlığını, torpaqlarını qoruyub. Onların qəhrəmanlığı, Azərbaycan xalqı qarşısında böyük xidmətləri heç vaxt unudulmayacaq, onlar mənim ürəyimdə əbədi yaşayacaq. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər. Çünki onlar müstəqil Azərbaycan üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdüblər. Şəhidlərin ailələrinə daimi diqqət hər bir vətəndaşın borcudur, dövlətin, hökumətin, mənim, sizin borcunuzdur. Biz heç vaxt onları unutmamalıyıq. Bilin ki, mən həmişə sizinlə, xalqlayam və ömrümün sonunadək sizinlə qalacağam!"

Tarix
2014.08.07 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla