Yuxarı

Erməni mediası prezidentlərin Soçi görüşünə şübhə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mediası prezidentlərin Soçi görüşünə şübhə etdi

"Sərkisyan-Əliyev görüşünü təşkil etməklə Moskva özünün Cənubi Qafqaza nə dərəcədə təsir etmək imkanının olduğunu göstərməyə çalışır".

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın "Joxovurd" qəzeti çıxış edib.

Qəzet prezidentlərin görüşünün baş tutacağına inamın azaldığını bildirib:

"Ermənistan cəmiyyəti hərbi əməliyyatların başlamasından narahatdır və Əliyev-Sərkisyan görüşü nəticəsində təmas xəttində gərginliyin aşağı düşəcəyinə ümid edir. Ekspertlər isə bu gərginliyin yalnız rus sülhməramlılarının cəbhəyə yeridilməsi ilə azaldılacağı narahatlıqlarını ifadə edirlər. Belə bir görüşü təşkil etməklə Moskva özünün Cənubi Qafqaza nə dərəcədə təsir etmək imkanının olduğunu göstərməyə çalışır. Lakin məsələ burasındadır Əliyev-Sərkisyan görüşü baş tutmayacaq. Ən azı ona görə ki, indiyə qədər heç bir rəsmi açıqlamada Ermənistan və Azərbaycan prezidentlərinin tet-a-tet görüşlərinin olacağı qeyd edilməyib. Doğrudur, bir neçə gün əvvəl Ovik Abramyan Soçidə Sərskiyan-Əliyev görüşünün olacağını demişdi. Amma bəlli olan tək şey var ki, baş nazirin mühüm məsələlərlə bağlı etdiyi açıqlamaların əksəriyyəti reallığa çevrilmir".

Tarix
2014.08.07 / 11:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla