Yuxarı

Azərbaycanlılar Polşa rəhbərliyinə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Polşa rəhbərliyinə müraciət etdi

Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə Polşa dövlət və hökumət nümayəndələrinə narahatlıq ifadə edən məktubla müraciət edib.

Axar.az xəbər verir ki, müraciət Polşa prezidentinə, Baş nazirə, parlament üzvlərinə, həmçinin Avropa Şurası, ATƏT və BMT-nin baş ofisinə, eyni zamanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin elektron poçtuna göndərilib.
Müraciətdə Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalçıları tərəfindən zəbt edilməsi, bir milyona yaxın qaçqının öz yurd-yuvalarından didərgin düşməsi vurğulanıb.

Məktubda o da xatırladılır ki, iyul ayının sonundan etibarən cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 13 əsgəri həlak olub, həmin ərazilərdə yaşayan dinc əhali intensiv atəşə tutulub.
Xatırladaq ki, müraciət müəllifləri sonda beynəlxalq təşkilatları bu təcavüzü dayandırmağa çağırıblar.

Tarix
2014.08.07 / 12:47
Müəllif
Elnur Məmmədov
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla