Yuxarı

Misir Mərdanov Mikayıl Cabbarova cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir Mərdanov Mikayıl Cabbarova cavab verdi

Sabiq təhsil naziri Misir Mərdanov fəaliyyəti dövründə 2 minə yaxın müəllimin saxta diplomlarla işə düzəldilməsi haqda hazırki təhsil naziri Mikayıl Cabbarovun iradlarına cavab verib.

"Azvision.az"a açıqlamasında Misir Mərdanov iradların əsassız olduğunu bildirib.

"Mən o işlərin heç birinə qarışmıram. Mənim adımdan heç nə deməsinlər. Bu barədə danışmaq istəmirəm" - deyə qeyd edən sabiq nazir hazırda istirahətdə olduğunu bildirib:

"Məzuniyyətə çıxmışam, hazırda istirahətdəyəm".

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib:

"Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər".

Tarix
2014.08.07 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla