Yuxarı

Romanenko: “Ermənistan Qarabağı itirəcək” - Faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Romanenko: “Ermənistan Qarabağı itirəcək” - Faktlar

"Mən heç nəyi izah etməmişəm, sadəcə olaraq, müəyyən ştrixlərlə konfliktdə bizim mövqeyimizi aydınlaşdırmışam".

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı politoloq Yuri Romanenko dünən öz Feysbuk səhifəsində Qarabağla bağlı bölüşdüyü fikirləri yenidən aydınlaşdırmaqdan ötrü yazıb.

O, müxtəlif faktlara əsaslanaraq, rəsmi İrəvanın vəziyyətinin çox çətin olduğunu göstərib:

"Mən niyə Ermənistanın mövqelərinin zəif olmasını izah edəcəm. Qonşularla münasibəti: Türkiyə - düşmən, Azərbaycan- düşmən. Gürcüstan isə Türkiyənin orbitindədir. O, daima burada öz mövqelərini möhkəmləndirir. Yalnız İranla münasibətlər İrəvana yaşamağa imkan verir. Amma İran da son günlər Qərbə doğru yönəlir və bundan sonra Rusiyanın istəklərinə daha az maraq göstərəcək.

Rusiya – Ermənistanın əsas müttəfiqi və donorudur.

Perspektivləri: Yaxın müddətdə Türkiyənin regional təsiri daha da artacaq. İranın regional təsiri bu dəqiqə müəyyənləşdirilməmiş mərhələdədir. Ermənistanın əsas müttəfiqi olan Rusiya yaxın gələcəkdə Ukraynaya görə ağır daxili böhrana girəcək. Beləliklə, Rusiya spirala daxil olur və özü uğursuzluğa düçar olur. Bunun nəticəsində isə Ermənistan Azərbaycan və Türkiyə ilə baş-başa qalacaq. Bəs onun hansı şansları olacaq? Heç bir.

Bəs Ermənistanın hansı variantı ola bilər? Avropa Birliyi və ABŞ-da olan erməni lobbisindən kömək istəmək.

Məsələnin qiyməti necə olacaq? Qarabağ itiriləcək. Əks təqdirdə ABŞ və Avropa Birliyi Türkiyəylə Azərbaycana qarşı münasibətlərində hansı vasitələrdən istifadə etməlidir ki, onları dayanmağa məcbur etsin?"

Tarix
2014.08.07 / 16:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla