Yuxarı

“Odlar yurdu” ermənilərlə bağlı AŞPA-ya müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Odlar yurdu” ermənilərlə bağlı AŞPA-ya müraciət etdi

Niderland Krallığının Assen şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" Cəmiyyəti Avropa Ombudsmanına və Avropa Parlamentinə məktubla müraciət edib.

Axar.az xəbər verir ki, məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 13 hərbçimizin şəhid olmasına etiraz bildirilib və işğalçı Ermənistanın diversiya əməliyyatlarına biganə qalmamağa çağırış edilib.

Çağırışda qeyd edilir ki, dünya ictimaiyyəti nəhayət ki, Ermənistanın son addımlarının bölgədə sülh və əminamanlıq üçün nə qədər təhlükəli olduğunu anlamalı və ədalətli mövqe nümayiş etdirərək, Ermənistanın 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinin müddəalarını kobud şəkildə pozması və Azərbaycana qarşı təxribatlarını ciddi şəkildə pisləməlidir.

Sonda bir milyona yaxın Azərbaycan vətəndaşının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı xatırladılır, Avropa Ombudsmanı və Parlamentindən təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün Ermənistan dövlətinə qarşı təzyiqlərin gücləndirilməsi xahiş edilir.

Tarix
2014.08.08 / 10:38
Müəllif
Elnur Məmmədov
Digər xəbərlər

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla