Yuxarı

Ermənistan Baş nazirindən inanılmaz sözlər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Baş nazirindən inanılmaz sözlər - Video

Prezident Serj Sərkisyandan fərqli olaraq, son günlər fəallığı ilə seçilən Ermənistan Baş naziri Ovik Abramyan erməni jurnalistlərinin təmas xəttində baş verən hadisələrlə bağlı suallarını cavablandırmalı olub.

Axar.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, hökumət başçısının ölkənin Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı açıqlaması yerli kütləvi informasiya vasitələrində gülüşlə qarşılanıb.

Qeyd edək ki, öncə sülhün əldə olunmasının vacibliyini vurğulayan Abramyan müharibənin heç bir fayda verməyəcəyini, bundan həm Ermənistanın, həm də Azərbaycanın zərər çəkəcəyini dilə gətirib.

Ən diqqət çəkən məqam və erməni mediasının etirazına səbəb olan hissə isə Ermənistan Baş nazirinin jurnalistlərin son günlər, başda nazir Edvard Nalbandyan olmaqla, Xarici İşlər Nazirliyinin fəallığının görünməməsi ilə bağlı suallarını cavablandırmasıdır:

"Necə yəni, Xarici İşlər Nazirliyi işləmir, fəal deyil? XİN nə etməlidir? Açığını desəm, bəzi prosesləri diqqətimdən qaçırmışam. Daha yaxşı olardı ki, onların informasiya şöbəsinə zəng edərdiniz və suallarınıza geniş aydınlıq gətirərdilər. Nə işlə məşğul olmalarından isə xəbərim yoxdur".

Tarix
2014.08.08 / 17:21
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla