Yuxarı

ABŞ: "Qarabağ artıq dondurulmuş münaqişə deyil"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ: "Qarabağ artıq dondurulmuş münaqişə deyil"

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə nəzərdə tutulan görüşü ərəfəsində "Amerikanın səsi" radiosunun İrəvan ofisinə geniş müsahibə verib.

Axar.az xəbər verir ki, Uorlik təmas xəttində hadisələin gərginləşməsinin Dağlıq Qarabağ probleminə artıq dondurulmuş münaqişə deməyə əsas vermədiyini bildirib:

"Yaranmış vəziyyət bizi olduqca narahat edir və təcili qaydada bu vəziyyətdən çıxış yolları axtarılmalıdır. Əlbəttə, prezidentlərin Soçi görüşünü ilk addım saymaq olar. İnanırıq ki, görüş baş tutacaq və gərginliyin azaldılması üçün nəticələr əldə olunacaq".

Amerikalı həmsədr jurnalistin tərəflərin bundan sonra sülh proseslərinə hazır olub-olmaması sualına da aydınlıq gətirib:

"İnanıram ki, görüşdən sonra münaqişənin sülh yolu ilə həllinə istək yaranacaq. Biz də bu istiqamətdə əlimizdən gələni etməliyik. Amma bunun üçün hər iki ölkənin prezidentinin də hazır olması vacibdir. Düşünürəm ki, hazırda belə vəziyyət yaranıb və danışıqları müsbət məcrada aparmaq olar".

Daha sonra amerikalı həmsədrə Rusiyanın Azərbaycana silah satması ilə bağlı sual verilib:

"Hazırda Rusiya öz sərhədlərində böyük problemlər yaşayır. Odur ki, rəsmi Moskva yeni qarşıdurmaların yaranmasında maraqlı deyil. Hazırda Rusiya ilə məhsuldar danışıqlar aparırıq. Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olunmasında maraqlıyıq. Çünki bu regionda bizim partnyorlarımız var".

Tarix
2014.08.09 / 11:50
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla