Yuxarı

Ermənilər təşviş içində evlərini tərk edir: 3 kənd boşaldılıb - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər təşviş içində evlərini tərk edir: 3 kənd boşaldılıb - Rəsmi

"Cəbhə xəttində yaranan gərginliklərdən sonra erməni işğalında olan sərhəd kəndləri demək olar ki, boşaldılıb".

Bunu AzNews.az-a Tovuz rayonundakı N saylı hərbi hissənin yüksək rütbəli zabiti deyib. Onun sözlərinə görə, düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusunun qarşı tərəfi gülləboran etməsindən sonra həmin kəndlərin sakinləri qorxuya düşərək, evlərini tərk ediblər.

Zabit bildirib ki, əsgərlərin müşahidəsinə əsasən Tovuzla üzbəüz olan, ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar, Masasxek kəndləri demək olar ki, boş qalıb: "Əhalinin 90 faizi qaçıb".

O, bizim sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk etmək, əksinə öz şəraitlərinin daha da yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib: "Diqqət etsəz görərsiniz ki, burada yeni evlər tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidən kimi evlərini tərk etmir. Əksinə, bu günlərdə buranın sakinləri, xüsusən də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi adamı heyran edir".

Tarix
2014.08.09 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla