Yuxarı

Putinin Qarabağla bağlı təklifləri nədir? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dağlıq Qarabağ məsələsində Ermənistana ediləcək güzəştlər barədə Rusiya ilə müxtəlif polemikalar aparıb.

Bu sözləri Axar.az-a ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq sözügedən polemikaların zaman-zaman Azərbaycan prezidenti tərəfindən bu və ya digər formada dilə gətirildiyini bildirib:

“Söhbət Azərbaycanın ərazi bütövlüyü pozulmamaq şərtilə Dağlıq Qarabağa ən yüksək muxtar respublika statusunun verilməsindən gedir. Yəni Dağlıq Qarabağa özünü idarəetmə, büdcəsini formaqlaşdırmaq və onu müstəqil surətdə xərcləmək, eyni zamanda, daxili asayişini qoruyacaq polis qüvvələrini yaratmaq statusu verilir. Ancaq xarici siyasət və ordu bilavasitə Azərbaycanın sərəncamında qalırdı. Beləliklə, Dağlıq Qarabağa mərkəzdən asılılığı minimuma endirilmiş və demək olar ki, müstəqilliyə yaxın bir respublika statusunun verilməsi nəzərdə tutulurdu. Putin də təxminən bu təkliflərlə razılaşmışdı”.

Politoloq vurğulayıb ki, razılıq əldə ediləcəyi təqdirdə Laçın dəhlizi işə salınır, Ermənistanla əlaqələr yüksək səviyyədə saxlanılır, Dağlıq Qarabağın tabeçiliyi isə Azərbaycanın ərazi bütövlüyü daxilində Bakıya verilirdi:

“Putin şəxsən bütün bunları ermənilərə söyləmişdi”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza Modern.az saytına açıqlamasında 2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən döyüşlərindən sonra Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər verdiyini, lakin Ermənistanın bunu qəbul etməkdən boyun qaçırdığını bildirib.

Tarix
2018.04.03 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla