Yuxarı

Sərkisyan cinayətkar oliqarxları “sxodka”ya yığır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan cinayətkar oliqarxları “sxodka”ya yığır

Ermənistan mediası növbəti dəfə Sərkisyan iqtidarını tənqid edən analitik yazı ilə çıxış edib.

Axar.az xəbər verir ki, analitik yazının mahiyyətində Ermənistan Prezidenti Serj Sərkisyan və ona yaxın oliqarx təbəqəsinin ölkədə baş alan sosial fəsadlara, Avropa Birliyi və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra bu ölkəni gözləyən ictimai partlayışlara etinasız yanaşması durur.

Vurğulanır ki, təmas xəttində gərgin vəziyyətin yaranmasına baxmayaraq, iqtidar hələ də ökənin Təhlükəsizlik Şurasının iclasını çağırmaq fikrində deyil.

Müəlliflər qeyd edirlər ki, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi dönəmində olduğu kimi, hazırda da Qərbin rəsmi Moskvaya sanksiyalarından Ermənistan ciddi əziyyət çəkəcək, ərzaq problemləri ilə üzləşəcək, qıtlıq yaranacaq. Buna baxmayaraq, Sərkisyan yenə də rahatdır və lazımı iclaslar keçirmir. Onun bu etinasızlığı anlaşılandır – o, qrup və partiya maraqları güdür. Dövlət başçısı üçün xalq və dövlət anlayışı yoxdur.

Ermənistanda Təhlükəsizlik Şurasının və buna bənzər digər iclasların keçirilməsi yalnız Sərkisyan klanının, cinayətkar-kriminal qruplaşmasının biznesinə təhlükə yarandığı halda mümkündür. Görünür, onlar sərhəddəki gərginliyi öz bizneslərinə hələ təhlükə saymırlar. Belə bir prosesə start verilərsə, dərhal oliqarxlar toplaşıb Sərkisyan iqtidarının qorunmasına, saxlanılmasına külli miqdarda pullar xərcləyəcəklər, iclaslar deyil, cinayətkar aləmdə olduğu kimi, "sxodka"lar keçirəcəklər.

Təhlildə diqqətə çatdırılır ki, bütün bunlar fonunda Ermənistan ictimaiyyəti ölkənin birinci, ikinci və digər ranqlı rəsmilərindən iqtisadiyyatın iflic edilməsinin, gəlirlərin bölüşdürülməsinin detallarını soruşmalıdırlar. Psevdo çağırışlar, yalançı vətənpərvərlik şüarları ilə heç nə əldə etmək olmaz.

Xatırladaq ki, yazı Ermənistan cəmiyyətində əks-sədaya səbəb olub.

Tarix
2014.08.11 / 23:08
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla