Yuxarı

Ermənilər ölən diversant davasına hazırlaşır - AŞPA-da

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər ölən diversant davasına hazırlaşır - AŞPA-da

AŞPA-nın payız sessiyasında erməni nümayəndə heyəti Azərbaycanda ölən erməni əsirin məsələsini qaldıracaq.

Axar.az xəbər verir ki, bunu AŞPA-da erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan jurnalistlərə verdiyi açıqlamasında deyib.

"Məni beynəlxalq hüquq müdafiəçilərinin mövqeyi təəccübləndirir, çünki onların heç biri əsir erməninin Azərbaycanda öldürülməsinə reaksiya vermədi", - deyə Zöhrabyan bildirib.

Deputatın sözlərinə görə, hətta "Azadlıq" radiosunun Azərbaycan xidməti də Karen Petrosyanı tutan azərbaycanlılardan reportaj hazırlayanda onun diversant olduğunu təsdiqlədi: "Heç bir beynəlxalq hüquq müdafiəsi təşkilatı buna reaksiya vermədi. Əminəm ki, mənim də hesabatım beynəlxalq hüquq müdafiəsi təşkilatılarında heç bir reaksiya doğurmayacaq".

Qeyd edək ki, avqustun 7-də erməni diversant Karen Petrosyan Azərbaycan ərazisinə keçərkən Tovuz sakinləri tərəfindən saxlanılmışdı. Petrosyan cəmi 1 gün sonra ürək çatışmazlığından ölmüşdü.

Tarix
2014.08.12 / 09:46
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla