Yuxarı

Anar Məmmədovun otelində gənc xanıma əxlaqsız təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Məmmədovun otelində gənc xanıma əxlaqsız təklif

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan Quba "Rixos" oteldə iş üçün müraciət edən xanıma əxlaqsız təklif edilib.

Axar.az-ın əməkdaşına məlumat verən və adının açıqlanmasını istəməyən qız ona əxlaqsız təklif edən şəxsin adının Umud olduğunu deyib:

"İş üçün müraciətlə bağlı Bakıdan Qubaya getdim. Bəhs etdiyim əxlaqsız təklifi "Rixos" otelinin ikinci administratoru Umud edib. İş üçün müraciət etdiyim oteldə mənə qarşı bu cür əxlaqsız təklif edilməsindən sonra özümü çox pis hiss edirəm".

Məsələ ilə bağlı adıçəkilən otelin türkiyəli meneceri Ömər Axar.az-a danışıb.

Otel təmsilçisi məsələdən xəbərsiz olduğunu və araşdırma aparmaq üçün 1 saat vaxt xahiş edib:

"Sizin bəhs etdiyiniz olaydan xəbərsizəm. Adını çəkdiyiniz Umudu tanımıram. Məsələni araşdırıb, qısa zaman sonra sizinlə əlaqə saxlayacağam. Əgər belə bir şey varsa, həmin şəxs haqqında otel rəhbərliyinə məlumat veriləcək. Təmsilçisi olduğum otelin adının bu cür hallanmasına şərait yaratmarıq. Kimi cəzalandırmaq lazımdırsa, otel rəhbərliyi bu barədə qərar verəcək".

Qeyd edək ki, Quba "Rixos" otelin Anar Məmmədova aid olmasını nazir oğluna məxsus "Qarant" holdinq öz rəsmi internet səhifəsində təsdiq edir.

Tarix
2014.08.12 / 13:38
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla