Yuxarı

ABŞ Suriyaya hücumla Türkiyəyə də mesaj verdi - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada öz mövqelərini gücləndirmək üçün artıq konkret addımlar atır.

Bu sözləri Axar.az-a ABŞ və müttəfiqlərinin Suriyadakı hərbi obyektlərə aviazərbələr endirməsi ilə bağlı danışan analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ-ın öz qoşunlarını Suriyadan çıxaracağı ta öncədən inandırıcı deyildi:

“Çünki indiyə qədər münaqişədə ABŞ-ın konkret mövqeyi Suriyadakı nüfuzunu və hərbi mövcudluğunu qorumaq idi. Belə bir məqamda, ələlxüsus da İranın öz mövqelərini Suriya və İraqda təsbit etdiyi bir zamanda ABŞ-ın Suiryadan geri çəkiləcəyini düşünmək sadəlövhlük olardı. ABŞ Suriyada öz mövqelərini gücləndirmək üçün artıq konkret addımlar atır. Son günlərdə Suriyada ABŞ-Rusiya münaqişəsi, İsrailin Rusiyaya yaxın nöqtələrə aviazərbələr endirməsi və nəticədə kifayət qədər yüksək rütbəli İran zabitlərinin həlak olması və bununla bağlı İranın nota verməsi onu göstərir ki, artıq bölgədəki münaqişə yeni bir mərhələyə qədər qoyur. Supergüclər Suriyada öz nüfuzları uğrunda var qüvvələri ilə çalışacaqlar. Bu mənada ABŞ-ın son gecə hava zərbələri əslində gözlənilən idi”.

Politoloq bildirib ki, hərbi əməliyyatların aktiv fazaya keçməsi istisna olunmur:

“Hazırkı proseslər göstərir ki, növbəti əməliyyatlarda Suriya ərazisindəki silahlı qruplaşmalardan daha aktiv şəkildə istifadə olunacaq”.

Analitik qeyd edib ki, ABŞ-a dəstək verən Avropa ölkələri hazırda Əsədin getməyini tələb edir:

“İstər Almaniya, istərsə də Fransa tərəfindən verilən açıqlamalar da buna vurğu edir. Qərb ölkələri ümumiyyətlə İŞİD-dən sonrakı dönəmdə Əsədin Suriyada qalmasını istəmir. İndiyə qədər isə İŞİD faktoruna görə buna göz yumurdular. Suriyadakı hazırkı aktivlik də elə bununla əlaqəlidir. Çünki Əsəd rejiminin Suriyada qalması ilk növbədə İran və Rusiyanın maraqlarına cavab verir. Bu isə avtomatik olaraq Qərbin maraqlarına tərs mütənasibdir. Bu mənada Suriyada daxili gərginliyin artmasında, münaqişənin daha qanlı fazaya keçməsində ilk növbədə Qərb maraqlıdır, nəinki İran və Rusiya. Bu səbəbdən də elə hücuma keçən tərəf ABŞ-ın timsalında Qərbin özüdür. Bu qüvvələr ən azı Əsəd gedənə qədər Suriyada münaqişəni maksimum alovlandırmağa çalışacaqlar”.

Analitik Suriyanın bundan sonrakı taleyi ilə bağlı vəziyyətin ürəkaçan olmadığın bildirib:

“Bölgədə yeni qüvvələrin peyda olacağını düşünmürəm. Düzdür, Suriyada Qərb və Türkiyə tərəfindən dəstəklənən müəyyən müxalif qüvvələr var, ancaq onlar daha çox hərbi-silahlı qruplaşmalardır. Hərbi silahlı qruplaşmalarla isə Suriyanın gələcək siyasi taleyini həll etmək mümkün deyil. Suriyada normal siyasi müxalifətin yetişməsi üçün illər lazım olacaq. Çünki Suriya demək olar ki, darmadağın olub. Fikir verin, Əfqanıstanda hələ də normal bir siyasi iqtidar və müxalifət yoxdur. Eləcə də İraqda gedən proseslər Suriyada da təkrarlandı. Ona görə də düşünmürəm ki, gələcəkdə hansısa normal siyasi qüvvələrin ortaya çıxması üçün münbit şərait olsun. Münaqişə hələ xeyli müddət davam edəcək. Prosesin siyasi müstəviyə daşınmasına hələ çox var”.

Politoloq Şahin Cəfərli isə ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatda iki siyasi məqsəd güddüyünü deyib:

“Birincisi, Suriyada uğur qazanan, bu uğurunu regional və qlobal miqyasda yaymağa çalışan Rusiyanın xarizmasına, onun nüfuzuna zərbə endirməkdir. İranı da bura əlavə etmək olar. İkincisi, Rusiya ilə yaxınlaşan və ya yaxınlaşmağı düşünən bölgə ölkələrinə, o cümlədən Türkiyəyə mesaj vermək, bu kontekstdə Rusiyanın hava-raket hücumundan müdafiə silahlarının o qədər də etibarlı olmadığını, müdafiə zəmanəti vermədiyini nümayiş etdirməkdir. Suriyanın istifadəsində S-300 var. Yəni sırf hərbi baxımdan bu əməliyyatın Bəşər Əsədə, onu dəstəkləyənlərə sarsıdıcı zərbə vurğunu söyləmək mümkün deyil. Məqsəd siyasidir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə bu gecə aviazərbələr endirib.

***

ABŞ-ın Suriya hücumu 59 saniyədə - İcmal

Tarix
2018.04.14 / 14:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla