Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2019


Prezidentin xalqa hesabatı: 15 ildə... - Əli Həsənov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu prezident seçkiləri demokratikliyi və təkmilliyi baxımından indiyədək ölkədə keçirilmiş ən yaxşı seçkidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər TV-yə müsahibəsində deyib.

Dövlət rəsmisi bildirib ki, müşahidəçi rəylərinin mütləq əksəriyyəti reallığı əks etdirir. Yalnız bir təşkilatın qərəzi rəyi heç nəyi dəyişmir:

“Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir. Bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri, həm də seçkidən sonra Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi sübut edir. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilərin və media nümayəndələrinin rəyləri də bu yönümdədir”.

Əli Həsənov vurğulayıb ki, yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir.

Dövlət rəsmisi bildirib ki, həmin təşkilatda fəaliyyət göstərən ekspertin hazırlanan rəyin reallığı əks etdirməməsini bəyan etməsi də hesabatın qərəzli olduğunun sübutdur. Bu, bir daha göstərir ki, onların məqsədi heç də seçkini müşahidə edib, ona obyektiv münasibət bildirmək olmayıb.

Əli Həsənov bildirib ki, seçkilərin yüksək səviyyyədə, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün həm Mərkəzi Seçki Komissiyası, həm də qanuni öhdəliyi olan dövlət qurumları vəzifəsinin öhdəsindən layiqincə gəlib.

Tarix
2018.04.15 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıya 2 milyard avro ayrıldı: hara və necə xərclənəcək?

Erməni mediası Braziliyadan canlı yayım edir, biz isə...

Ermənistan işğala son qoyarsa... - İlham Əliyev

Paşinyan Davosdan əliboş qayıdacaq – Səbəb

İqtisadi inkişaf bizə bu gücü verir - Prezident

Paşinyanın “Tehran planı”: ABŞ səssiz qalmayacaq

AŞPA-dan Mehman Hüseynovla bağlı - Bəyanat

Biz coğrafiyamızdan daha böyüyük - İlham Əliyev

ATƏT PA Mehman Hüseynovla bağlı qərarı alqışladı

“Xalqları sülhə hazırlamaq” nə deməkdir? - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla