Yuxarı

Məşhur rus yazar Biləsuvarda şəhid məzarlarını ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə bir neçə diaspor üzvü son günlər cəbhə xəttində döyüşlərdə dünyasını dəyişən 3 şəhidin ailəsinə baş çəkiblər.

Axar.az xəbər verir ki, bu barədə informasiya Diaspor Jurnalistlər Birliyi yayıb.

Təşkilat üzvləri daha sonra Biləsuvar rayonunda dəfn edilən şəhidlərin məzarlarını ziyarət edib. Görüşdə Diaspor Jurnalistləri Birliyinin İdarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov, Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, məşhur rusiyalı araşdırmaçı yazar Aleksandr Fomenkov, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçisi, diaspor jurnalisti İlahə Ələkbərova iştirak ediblər. Qonaqları qəbul edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov bu təşəbbüsü yüksək qiymətləndirərək qonaqlara öz təşəkkürünü bildirib.

Xatırladaq ki, cəbhə xəttindəki son hadisələr zamanı şəhid olanlardan üçü - 37 yaşlı gizir Pərvin Əliyev, 28 yaşlı kiçik gizir Rahil Hüseynov, 1996-cı il təvəllüdlü əsgər Anar Qafarzadə Biləsuvar rayonundandırlar. Hər üç şəhid doğulduqları Nərimankənd kəndinin qəbiristanlığında dəfn ediliblər.

Tarix
2014.08.15 / 12:23
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla