Yuxarı

Ermənistan ordusunda növbəti qanlı insident...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində baş verən növbəti qanlı insident nəticəsində daha bir erməni əsgəri ölümünün təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, hadisəyə səbəb ön xətt bölmələrində mühəndis-istehkam işləri yerinə yetirən hərbçilərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində baş vermiş mübahisə olub.

Ermənistanın Martuni rayonundan (İrəvanın yaxınlığında yerləşir, köhnə adı Aşağı Qaranlıqdır - red.) hərbi xidmətə çağrılan Alik Karapetyan Qarabağdan olan snayper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub. Təcili yardım maşını ilə Ağdərə xəstəxanasına çatdırılan əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi hospitala göndərilib. Yaralı əsgər barədə hərbi polisə məlumat verən növbətçi tibb bacısının bildirdiyinə görə, hərbi qulluqçu çoxlu qan itirib.

Hərbi hissə komandiri Stepanyana verilən məlumatda xəstəxananın kardioloqu və hərbi həkim Azaryanın da faktı təsdiq etdiyi bildirilir. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanmış A.Karapetyanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə 1998-ci il təvəllüdlü A.Karapetyanın odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilsə də, təfərrüat açıqlanmamışdı.

Tarix
2018.04.16 / 21:24
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla